» » » "Qarabağ"ın Avropa Liqasındakı oyununu idarə edəcək hakimlər açıqlanıb

"Qarabağ"ın Avropa Liqasındakı oyununu idarə edəcək hakimlər açıqlanıb

"Qarabağ"ın Avropa Liqasındakı oyununu idarə edəcək hakimlər açıqlanıb
Avropa Liqasının IV turunun J qrupunda Yunanıstan PAOK-u və "Qarabağ" arasında keçiriləcək oyunun təyinatları açıqlanıb. ucarliyiq.bizun məlumatına görə, Salonikidə baş tutacaq görüş Şotlandiyadan olan hakimlər briqadasına həvalə edilib.

Matçın baş hakimi Con Biton olacaq.

Qarşılaşma noyabrın 3-də yerli vaxtla saat 22:05-də (Bakı vaxtı ilə 4 noyabr saat 00:05) başlayacaq.

Avropa Liqası, qrup oyunları, IV tur

J qrupu

00:05. PAOK (Yunanıstan) - "Qarabağ" (Azərbaycan)

Baş hakim: Con Biton

Yan xətt hakimləri: Duqlas Potter, Alastair Mazer

Əlavə köməkçi hakimlər: Stiven Maklin, Donald Robertson

Dördüncü hakim: Şon Karr (hamıs Şotlandiya)

Hakim-inspektor: Darko Çeferin (Sloveniya)

UEFA nümayəndəsi: Gennadi Skurtul (Moldova)

Saloniki. "Tumba" stadionu