» » » "İnter" PSJ-nin futbolçusuna görə 65 milyon avro ödəməyə hazırdır

"İnter" PSJ-nin futbolçusuna görə 65 milyon avro ödəməyə hazırdır

"İnter" PSJ-nin futbolçusuna görə 65 milyon avro ödəməyə hazırdır
İtaliyanın "Yuventus" və "Milan" klublarının ardından "İnter" də PSJ-nin yarımmüdafiəçisi Marko Verratti ilə maraqlanmağa başlayıb. "Neradzurri" 23 yaşlı futbolçuya görə 65 milyon avro təklif etməyə hazırdır.

ucarliyiq.biz xəbər verir ki, bu barədə "Gazzetta dello Sport"a istinadən "Football Italia" məlumat yayıb.

Mənbənin məlumatına görə, onun İtaliya klubuna keçidi artıq bu qış transfer pəncərəsində baş tuta bilər. Yaxın vaxtlarda tərəflər danışıqlara başlamalıdırlar. Sövdələşmənin bir hissəsi olaraq "İnter"in iki futbolçusu - Marselo Brozoviç və Joffrey Kondoqbia Paris klubuna keçə bilər.

Verratti cari mövsümdə Paris komandasının heyətində keçirdiyi 12 oyuna 1 qol vurub və 1 qol ötürməsi edib.