» » » İtaliyada qadın voleybolçu bir oyunda yığdığı xalla yeni rekord müəyyənləşdirib - VİDEO

İtaliyada qadın voleybolçu bir oyunda yığdığı xalla yeni rekord müəyyənləşdirib - VİDEO

İtaliyada qadın voleybolçu bir oyunda yığdığı xalla yeni rekord müəyyənləşdirib - VİDEO

İtaliyalı qadın voleybolçu Paola Eqonu ölkə çempionatında məhsuldarlıq rekordu müəyyənləşdirib. ucarliyiq.bizun məlumatına görə, Romanın "Klub İtalia" komandasında çıxış edən 18 yaşlı idmançı "İl Bizonte" ilə qarşılaşmada 46 xal toplayıb.


O, xallardan 42-ni hücumda, 2-ni blokda, 2-ni isə topu oyuna daxil etmədə qazanıb. Lakin onun məhsuldarlığı komandasını 5 setədək davam etmiş görüşdə məğlubiyyətdən xilas edə bilməyib.


Qeyd edək ki, Paola Eqonu Mariana İzabel Kontenin A2 seriyasında 1999-2000 mövsümündə müəyyənləşdirdiyi məhsuldarlıq rekordunu təkrarlayıb. Bunadək Konte İtaliyanın qadınlardan ibarət peşəkar voleybolçuları arasında 46 xalla mütləq rekordçu idi.