» » » Karate üzrə dünya çempionatı Bakıda keçirilə bilər

Karate üzrə dünya çempionatı Bakıda keçirilə bilər

Karate üzrə dünya çempionatı Bakıda keçirilə bilər
Karate üzrə 2018-ci il dünya çempionatı Bakıda keçirilə bilər.

ucarliyiq.bizun məlumatına görə, bu barədə Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov məlumat verib.

Onun sözlərinə görə, turnir Peruda keçirilməli olsa da, adıçəkilən ölkə təşkilatçılıqdan imtina edir: "Əslində, bu çempionat Peruda keçirilməli idi. Lakin Peru dünya çempionatını keçirməkdən imtina edir. Bu səbəbdən Azərbaycan yarışın keçirilməsinə ev sahibliyi etmək istəyir. Bu, həm də olimpiya öncəsi yaxşı hazırlıq olar".

Qeyd edək ki, 2020-ci ildə karate üzrə Avropa çempionatı Bakıda keçiriləcək.