» » » Şimali İrlandiya millisinin baş məşqçisi Azərbaycanla oyun barədə danışıb

Şimali İrlandiya millisinin baş məşqçisi Azərbaycanla oyun barədə danışıb

Şimali İrlandiya millisinin baş məşqçisi Azərbaycanla oyun barədə danışıb
"Azərbaycan yığması ilə oyun çox ağır olacaq".

ucarliyiq.bizun məlumatına görə, bunu Şimali İrlandiya yığmasının baş məşqçisi Maykl O Nil noyabrın 11-də Belfastda keçirəcəkləri 2018-ci il dünya çempionatının seçmə qrup matçından öncə yerli Futbol Assosiasiyasının rəsmi saytına açıqlamasında deyib.

Təcrübəli mütəxəssis Azərbaycan yığmasının seçmə mərhələyə yaxşı başladığını xatırladıb: "Rəqib bir top belə buraxmadan 9 mümkün xaldan 7-ni toplayıb. Onlar hücum futbolu sərgiləyən yox, mütəşəkkil çıxış edən komandadır. Əvvəlki 3 oyununa baxdıqda, Azərbaycan millisi ilə qarşılaşmanın çox çətin keçəcəyini gözləyirik".

Qeyd edək ki, noyabrın 11-də Belfastdakı "Vindzor Park"da keçiriləcək Şimali İrlandiya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də başlanacaq. Britaniyalıların ilk 3 turdan sonra 4 xalı var.