» » » "Xəzər Lənkəran"ın sabiq baş məşqçisi Belçika və Rusiya klublarından təklif alıb

"Xəzər Lənkəran"ın sabiq baş məşqçisi Belçika və Rusiya klublarından təklif alıb

"Xəzər Lənkəran"ın sabiq baş məşqçisi Belçika və Rusiya klublarından təklif alıb
"Xəzər Lənkəran" futbol komandasının sabiq baş məşqçisi Mirça Rednik 2 tanınmış klubdan təklif alıb. Bu barədə ucarliyiq.bizun Şərqi Avropa müxbirinə rumıniyalı mütəxəssisin özü məlumat verib.

O bildirib ki, təkliflərdən biri Belçikadan, digəri Rusiyadan gəlib. Lakin Rednik həmin komandaların adlarını açıqlamayıb. 54 yaşlı baş məşqçi danışıqlara gələn həftə yollanacağını bildirib.

Qeyd edək ki, Mirça Rednik 2010-cu ilin iyulundan 2011-ci ilin dekabrınadək "Xəzər Lənkəran"ın sükanı arxasında olub. Onun rəhbərliyi altında "ağ-yaşıllar" 2010-2011-ci il mövsümündə Azərbaycan Kubokunu və Premyer Liqanın gümüş mükafatını qazanıb.