» » » Qurban Qurbanov: "Məqsədimiz ən azı məğlub olmamaqdır"

Qurban Qurbanov: "Məqsədimiz ən azı məğlub olmamaqdır"

Qurban Qurbanov: "Məqsədimiz ən azı məğlub olmamaqdır"
Yunanıstan, Saloniki. 2 noyabr. REPORT.AZ/ "Rəqib baş məşqçinin fikirləri ilə tanışıq. Onlar qrupdan çıxmaq üçün bu oyunun vacibliyini bildirib və qələbə qazanmaq istəyirlər. Amma qarşıda iki oyun var. Sabah belə bir stadionda yaxşı oyun göstərməyə çalışacağıq. Qələbə qazanmaq istəyirik".

ucarliyiq.bizun məlumatına görə, bunu "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının IV turunda Yunanıstanda PAOK-la keçiriləcək görüş haqda danışarkən deyib.

Təcrübəli mütəxəssis "J" qrupunun sabah baş tutacaq qarşılaşması haqda bunları bildirib:

"PAOK-la oyundan əlavə, qarşıda iki oyunumuz var. Məqsədimiz əz azı məğlub olmamaqdır. Demək olar ki, komanda Bakıdakı kimidir. Amma ev oyunlarını fərqli oynayırlar. Nə qədər məcbur etsələr, o qədər güclü müdafiə olunmağa çalışacağıq. Amma bununla yanaşı hücumlar qurmaq, topa sahib olmaq lazımdır. Bu çətin olacaq. Çünki rəqib sürətli, individual şəkildə yaxşı çıxış edir. Çalışacağıq ki, oyunun əvvəlindəki təzyiqdən tez çıxaq".

Ardınca Q.Qurbanov jurnalistlərin suallarını cavablandırıb.

Növbəti mərhələyə hansı komandanın keçməsini istəyirsiniz?

- Bizim növbəti mərhələyə yüksəlməyimizi istəyirəm. Amma necə olacağını sabah görəcəyik.

Reynaldo, Rəşad Sadıqov və Miçelin vəziyyəti necədir? Sabah oynayacaqlar?

- Ola bilər ki, üçü də eyni anda meydanda olmasın. Amma oynamaq ehtimalları var. Ola bilər ki, biri meydanda olsun.