» » » "Lester" Çempionlar Liqasında tarixi uğura imza atıb

"Lester" Çempionlar Liqasında tarixi uğura imza atıb

"Lester" Çempionlar Liqasında tarixi uğura imza atıb
İngiltərənin "Lester" klubu Çempionlar Liqasının ilk dörd oyununda qapısını toxunulmaz saxlamaqla turnirin tarixinə düşüb.

ucarliyiq.biz xəbər verir ki, bu gün Klaudio Ranyerinin yetirmələri "Kopenhagen" (Danimarka) ilə qolsuz heç-heçə edərək yarışın "play-off" mərhələsinə də vəsiqəni özünə təmin edib.

Bunadək komanda ardarda "Brügge" (3:0), "Porto" (1:0) və "Kopenhagen"ə (1:0) quru hesabla qalib gəlib.

Xatırladaq ki, "Lester" ötən mövsüm tarixində ilk dəfə İngiltərə çempionatının qalibi olaraq ÇL-da oynamaq hüququ qazanıb.

İngiltərə klubu bunadək turnirdə ardıcıl üç oyun qol buraxmamaqla "Milan" (1992/93), PSJ (1994/95), "Yuventus" (1995/96) və "Malaqa" (2012/13) ilə bir sırada idi.