» » » Çempionlar Liqası: "Legiya", "Brügge" və Zaqreb "Dinamo"su "play-off"a çıxmaq şanslarını itirib

Çempionlar Liqası: "Legiya", "Brügge" və Zaqreb "Dinamo"su "play-off"a çıxmaq şanslarını itirib

Çempionlar Liqası: "Legiya", "Brügge" və Zaqreb "Dinamo"su "play-off"a çıxmaq şanslarını itirib
Futbol üzrə Çempionlar Liqasının ötən gecə keçirilən 4-cü tur oyunlarından sonra daha 3 klub növbəti mərhələyə çıxmaq şanslarını itirib.

ucarliyiq.biz xəbər verir ki, "H" qrupunda Zaqreb "Dinamo"su (0 xal) "Sevilya" (10) və "Yuventus"u (7) dəqiq ötə bilməyəcək.

"G" kvartetində "Brügge" (0) "Lester Siti" (10) və "Porto"nu (7) geridə qoya bilməyəcək.

"F" qrupunda "Legiya" (1) Dortmund "Borussiya"sı (10) və "Real" (8)ı nəzəri olaraq keçmək şanslarını itirib.

Ötən gün turnirin "play-off" mərhələsinə çıxmaq şanslarını "Rostov", PSV, "Ludoqorets" və "Bazel" itirib.