» » » Bu gün "Qarabağ" və "Qəbələ" Avropa Liqasında həlledici oyuna çıxacaq

Bu gün "Qarabağ" və "Qəbələ" Avropa Liqasında həlledici oyuna çıxacaq

Bu gün "Qarabağ" və "Qəbələ" Avropa Liqasında həlledici oyuna çıxacaq
"Qarabağ" və "Qəbələ" klubları Avropa Liqasında növbəti oyunlarını keçirəcək.

ucarliyiq.bizun məlumatına görə, "J" qrupunda çıxış edən "Qarabağ" səfərdə, "C" qrupunda mübarizə aparan "Qəbələ" isə səfərdə yarışacaq.

Keçirdiyi üç oyunun hamısında məğlub olan "Qəbələ" bu dəfə Fransanın "Sent-Etyen" klubunu qəbul edəcək. Roman Qriqorçukun yetirmələri qələbə sayəsində qrupdakı vəziyyətlərini az da olsa, yaxşılaşdıra biləcəklər. Qrupun digər oyununda isə Almaniyanın "Maynts" klubu Belçikada "Anderlext"lə qarşılaşacaq.

"Qarabağ"ın isə Yunanıstanda PAOK-la həlledici görüşə çıxdığını demək olar. İtaliyanın "Fiorentina" klubu 7 xalla qrupda lider mövqeyində möhkəmlənibsə, "Qarabağ" və PAOK hərəyə 4 xalla 2 və 3-cü pillələri bölüşürlər. Qalib komanda ikinci pilləyə yüksələcək ki, bu da qrupdan çıxmaq üçün yaxşı fürsət olacaq. Qrupun digər görüşündə "Fiorentina" Çexiyanın "Slovan" klubunu qəbul edəcək.

Avropa Liqası, qrup mərhələsi, IV tur

C qrupu

22:00. "Qəbələ" (Azərbaycan) - "Sent-Etyen" (Fransa)

Baş hakim: Karlos Del Serro Qrande

Yan xətt hakimləri: Xuan Karlos Yuste Ximenes, Roberto Alonso Fernandes

Əlavə köməkçi hakimlər: Xuan Martines Munuera, İnyaki Vikandi Qarrido

Dördüncü hakim: Abraham Alvares Kanton (hamısı İspaniya)

Hakim-inspektor: Muharrem Zihni Aksoy (Türkiyə)

UEFA nümayəndəsi: Aristeidis Stavropulos (Yunanıstan)

Bakı. "Bakcell Arena"

J qrupu

00:05. PAOK (Yunanıstan) - "Qarabağ" (Azərbaycan)

Baş hakim: Con Biton

Yan xətt hakimləri: Duqlas Potter, Alastair Mazer

Əlavə köməkçi hakimlər: Stiven Maklin, Donald Robertson

Dördüncü hakim: Şon Karr (hamısı Şotlandiya)

Hakim-inspektor: Darko Çeferin (Sloveniya)

UEFA nümayəndəsi: Gennadi Skurtul (Moldova)

Saloniki. "Tumba" stadionu