» » » FİFA Təftiş Komissiyası "Zenit-Arena"nın meydanını dünya çempionatı üçün yararsız sayıb

FİFA Təftiş Komissiyası "Zenit-Arena"nın meydanını dünya çempionatı üçün yararsız sayıb

FİFA Təftiş Komissiyası "Zenit-Arena"nın meydanını dünya çempionatı üçün yararsız sayıb
Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən "Zenit-Arena" stadionunun yığılıb-açılan meydançası futbol oyunları üçün uyğun deyil.

ucarliyiq.biz xəbər verir ki, bu barədə "Sport-Express" nəşri məlumat yayıb.

FİFA Təftiş Komissiyası və Dünya Çempionatı-2018-in Təşkilat Komitəsinin nümayəndələri oktyabrın 31-də stadionda olublar. Yerindəcə aparılan təftişdən sonra Komissiya meydançanın normativlərə uyğun gəlmədiyini açıqlayıb. Belə ki, meydança stadionun daxilində olan zaman o, açılıb-yığılma mexanizminin üzərində olur və bu da vibrasiyanın yaranmasına gətirib çıxarır.

Yaxın zamanda stadion rəhbərliyi problemi necə həll etməklə bağlı qərar qəbul etməlidir.