» » » UEFA-nın ayırdığı vəsait "Qarabağ" və "Qəbələ"nin hesablarına köçürülüb

UEFA-nın ayırdığı vəsait "Qarabağ" və "Qəbələ"nin hesablarına köçürülüb

UEFA-nın ayırdığı vəsait "Qarabağ" və "Qəbələ"nin hesablarına köçürülüb
UEFA Avropa Liqası turnirinin 2015/2016-cı il mövsümündə qrup mərhələsində çıxış etmiş “Qarabağ” və “Qəbələ” klublarının büdcəsinə növbəti maliyyə vəsaiti köçürülüb.

ucarliyiq.bizun AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, qeyd olunan vəsait hər iki klubun ötən mövsüm Avropa Liqasının qrup mərhələsində iştirakı ilə əlaqədar UEFA tərəfindən ayrılmış bonusdur.

Avropa futbol qurumu tərəfindən verilən vəsait – müvafiq olaraq, “Qarabağ” klubuna 376.952.00 avro, “Qəbələ” klubuna isə 376.814.00 avro – AFFA-nın vasitəçiliyi ilə artıq hər iki klubun hesabına daxil edilib.