» » » Keniyalı marafonçular polislərin səhvinə görə rekorda imza ata bilməyib

Keniyalı marafonçular polislərin səhvinə görə rekorda imza ata bilməyib

Keniyalı marafonçular polislərin səhvinə görə rekorda imza ata bilməyib
İllik Lyublyana marafonunda iştirak edən keniyalı idmançılar qeyri-adi olay səbəbindən yeni rekord müəyyənləşdirə bilməyib.

ucarliyiq.biz TASS-a istinadən xəbər verir ki, onlara Sloveniya polisinin səhvi mane olub.

Bu il illik Lyublyana marafonunda 59 ölkədən 28,5 min nəfər iştirak edib. Yarışın mütləq favorti hesab edilən 6 idmançıdan ibarət Keniya yığma komandası yeni marafon rekordu müəyyənləşdirmək niyyətində olub. Ancaq marafona liderlik edən ilk 3 idmançını müşayiət edən və onlara yol göstərən sloveniyalı hüquq-mühafizə orqanlarının əməkdaşlarının səhvi nəticəsində keniyalılar hədəflərinə çatmayıb.

Yolun 39-cu km-də onlar döngəni səhv salıb və idmançılar əlavə 600 m qaçmalı olub. Yekun nəticədə Keniya idmançıları 2 saat 9 dəqiqə 16 saniyəlik nəticə ilə marafonu qalib başa vurub.

Amma idman tədbirinin təşkilatçısı Qabriel Ambrojiçin məlumatına görə, afrikalı marafonçular əlavə 600 metr qaçmasaydılar, rekord müəyyənləşəcəkdi. Belə ki, yolun 38-ci km-də edilən ölçmələrə görə, keniyalılar hər km yolu 3 dəqiqəyə və ya 100 m məsafəni 18 saniyəyə qət edib. Belədə əlavə 600 m qaçış onların 108 saniyə vaxtını alıb. Hesablamara əsasən, bu halın baş verməyəcəyi təqdirdə afrikalı idmançılar 2 saat 7 dəqiqə 28 saniyəlik göstərici ilə yeni marafon rekordu müəyyənləşdirməli idi.