» » » Roman Qriqorçuk: "Heç nədən peşman deyiləm"

Roman Qriqorçuk: "Heç nədən peşman deyiləm"

Roman Qriqorçuk: "Heç nədən peşman deyiləm"
Avropa Liqasının "C" qrupunda Fransa "Sent-Etyen"i ilə keçirilmiş oyundan sonra "Qəbələ" klubunun baş məşqçisi Roman Qriqorçuk oyun haqda fikirlərini bildirib.

ucarliyiq.bizun məlumatına görə, ukraynalı mütəxəssis hakimlikdən narazı olduğunu deyib.

O, texniki zonadan uzaqlaşdırılmasını bu cür izah edib:

"Birinci hissənin sonlarında hakimin qərarından narazılığımı bildirdim. O, da məni texniki zonadan uzaqlaşdırdı. Amma heç nədən peşman deyiləm. Bu, dördüncü oyunumuz idi. Rəqiblə başabaş mübarizə apardıq".

R.Qiroqrçuk rəqibin ikinci qolu haqda da danışıb:

"Düşünmürəm ki, "Qəbələ" ikinci qolu rəqibə hədiyyə etdi. Sadəcə fərdi səhv oldu. Yalnız bu qol barədə belə deyə bilərəm. Amma düşünməyin ki, bu, Rəşad Sadiqovun səhvidi, onu bağışlamaq olmaz. Mən onu dəstəkləyirəm. Rəşad komandamız üçün vacib oyunçudur".

Baş məşqçi jurnalistlərin suallarını da cavablandırıb:

Təsnifat mərhələsində gördüyümüz Teo Uiksi indi görə bilmirik. Nə baş verir?

- Deməzdim ki, bu gün pis çıxış etdi. O, fərqli funksiyaları yerinə yetirdi, dayaq yarımmüdafiəçisi mövqeyində çıxış etdi. Uiksə hansısa etirazım yoxdur.

Qrupda itrəcəyiniz bir şey yoxdur. Son iki matçdan necə istifadə etməyi düşünürsünüz?

- Məlum məsələdir ki, artıq şansımız qalmayıb. Öyrənmək, təcrübə toplamaq şansımız var. Bu turnirdə çıxış etdiyimiz üçün çox şadam. Avropa Liqası böyük turnirdi. Buradakı bütün matçlar bizim üçün çox önəmlidir. Ola bilsin ki, bizim heç bir şansımız qalmayıb. Amma futbolçuların həvəsdən düşmələrinə imkan vermərəm.

Tribunadan “Qəbələ” necə görünürdü?

- Yuxarıdan baxmaq çox yaxşı görünür. Amma baş məşqçi gərək öz yerində olsun.