» » » Roman Qriqorçuk "Sent-Etyen"lə oyunda "texniki zona"dan kənarlaşdırılıb

Roman Qriqorçuk "Sent-Etyen"lə oyunda "texniki zona"dan kənarlaşdırılıb

Roman Qriqorçuk "Sent-Etyen"lə oyunda "texniki zona"dan kənarlaşdırılıb
"Qəbələ" futbol klubunun baş məşqçisi Roman Qriqorçuk Fransa "Sent-Etyen"i ilə Avropa Liqasının qrup mərhələsinin IV tur matçında "texniki zona"dan kənarlaşdırılıb.

ucarliyiq.bizun məlumatına görə, "Bakcell Arena"da keçirilən oyunun fasiləsi ərəfəsində ukraynalı mütəxəssis ispaniyalı baş hakimin qərarına etiraz edib.

Nəticədə referi daha öncə də etdiyi şifahi xəbərdarlığı nəzərə alaraq, onu tribunaya göndərib. Bundan sonra rəqibin yerinə yetirdiyi cərimə zərbəsi qol olduğundan "qırmızı-qaralar" ikiqat zərbə alıb.

Qeyd edək ki, Roman Qrioqçuk UEFA-nın İntizam Komitəsinin qərarı ilə 1 oyunluq cəzalanacaq. Başqa sözlə, Qriqorçuk Belçika "Anderlext"i ilə elə "Bakcell Arena"da keçiriləcək növbəti ev oyununu tribunadan izləməli olacaq.