» » » Andre Villaş-Boaş Çin klubuna baş məşqçi təyin olunub

Andre Villaş-Boaş Çin klubuna baş məşqçi təyin olunub

Andre Villaş-Boaş Çin klubuna baş məşqçi təyin olunub
Andre Villaş-Boaş Çinin "Şanxay Şanqan" futbol komandasına baş məşqçi təyin olunub.

ucarliyiq.bizun məlumatına görə, 39 yaşlı mütəxəssislə 3 illik müqavilə bağlanılıb. Anlaşmaya əsasən, Villaş-Boaş ildə 12 milyon avro qazanacaq. Onun yeni komandasında vaxtilə "Portu" və Rusiyanın "Zenit" klublarında elə portuqaliyalı baş məşqçinin rəhbərliyi altında çıxış etmiş Halk da yer alıb.

Qeyd edək ki, 2011-ci ildə "Portu"ya Avropa Liqasının baş mükafatını qazandırmış Andre Villaş-Boaş sonradan "Şanxay Şanqan"ın sükanı arxasında Sven Qoran Erikssonu əvəzləyib.