» » » Bakıda IV İslam Həmrəyliyi Oyunları Koordinasiya Komissiyasının növbəti iclası keçiriləcək

Bakıda IV İslam Həmrəyliyi Oyunları Koordinasiya Komissiyasının növbəti iclası keçiriləcək

Bakıda IV İslam Həmrəyliyi Oyunları Koordinasiya Komissiyasının növbəti iclası keçiriləcək
Noyabrın 8-də Bakıdakı "Boulevard" oteldə IV İslam Həmrəyliyi Oyunları Koordinasiya Komissiyasının 4-cü iclası işə başlayacaq. ucarliyiq.bizun məlumatına görə, bu barədə jurnalistlərə Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova açıqlama verib.

O bildirib ki, iki gün davam edəcək iclasda IV İslam Həmrəyliyi Oyunlarının icraçı direktoru, nazir Azad Rəhimov, İslam Həmrəyliyi İdman Federasiyasının (İRİF) 2-ci vitse prezidenti Çingiz Hüseynzadə ilə yanaşı İRİF-in baş katibi Faisal Abdulaziz Al-Nassar, I vitse prezidenti, Əlaqələndirmə Komissiyasının sədri, Polkovnik Hamad Kalkaba Malboum və digər rəsmilər iştirak edəcək.

Proqrama əsasən, tədbirin ilk günündə yarışda iştirak edəcək idmançıların sayı, idman növləri, nəqliyyat, infrastruktur, könüllülərlə işin qurulması və digər mövzular, ertəsi gün isə idmançıların iştirakı, idman yarışları, Marketing, Yayım, Komersiya, həmçinin Açılış və Bağlanış mərasimləri müzakirə olunacaq.

S.Məmmədova IV İslam Həmrəyliyi İdman Federasiyasının Əlaqələndirmə Komissiyası ilə əməkdaşlığın yüksək səviyyədə olduğunu da vurğulayıb.