» » » Azərbaycanın sərbəst və yunan-Roma güləşi üzrə yığma komandalarının baş məşqçiləri istefaya göndərilib

Azərbaycanın sərbəst və yunan-Roma güləşi üzrə yığma komandalarının baş məşqçiləri istefaya göndərilib

Azərbaycanın sərbəst və yunan-Roma güləşi üzrə yığma komandalarının baş məşqçiləri istefaya göndərilib
Güləş üzrə Azərbaycan yığma komandalarının məşqçilər korpusunda dəyişiklik edilib.

ucarliyiq.bizun məlumatına görə, bununla bağlı Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti, Dünya Güləş Birliyi İdarə Heyətinin üzvü Namiq Əliyev əmr imzalayıb. Əmrə əsasən, sərbəst güləş üzrə əsas yığmanın baş məşqçisi Saypulla Absaidov vəzifəsindən azad edilib. O, gənclərdən ibarət komandanın sükanı arxasına keçib. Cəmşid Xeyrəbadi isə yunan-Roma güləşi üzrə əsas millinin baş məşqçi postundan istefaya göndərilib. Ona yeni vəzifə verilməyib. Hər iki əsas komandada baş məşqçi əvəzi funksiyasını müvafiq olaraq Firdovsi Umudovla Akif Əliyev yerinə yetirəcək.

Yığma komandaların məşqçilər korpusunda edilən dəyişikliklər və formalaşan yeni heyət aşağıdakı kimidir:




Yunan-Roma güləşi

Böyüklər
Baş məşqçi əvəzi - Akif Əliyev
Böyük məşqçi - İlqar Abdulov
Məşqçi - Nurəddin Rəcəbov

Gənclər
Böyük məşqçi - Şaban Donat
Məşqçi - Zöhrab Abbasov
Məşqçi - Turac Hüseynli

Yeniyetmələr
Böyük məşqçi - Bəhram Mürvətov
Məşqçi - İslam Cəfərov
Məşqçi - Fuad Alıyev

Kiçik yaşlı yeniyetmələr
Böyük məşqçi - Əfsər Namazəliyev
Məşqçi - Rasim Ağayev



Sərbəst güləş

Böyüklər
Baş məşqçi əvəzi - Firdovsi Umudov
Böyük məşqçi - Zəlimxan Hüseynov
Məşqçi - Arif Abdullayev
Məşqçi - Sadruddin Ayqubov

Gənclər
Böyük məşqçi - Saypulla Absaidov
Məşqçi - Rövşən Hacıyev

Yeniyetmələr
Böyük məşqçi - Əsgərxan Novruzov
Məşqçi - Vahid Məmmədov
Məşqçi - Yaşar Əliyev

Kiçik yaşlı yeniyetmələr
Məşqçi - Mehman Nəcəfov
Məşqçi - Elşad Allahverdiyev

Qadınlar

Böyüklər
Baş məşqçi - Semyon Çterev
Böyük məşqçi - Aslan Ağayev
Məşqçi - Rövşən Umudov

Gənclər və Yeniyetmələr
Böyük məşqçi - Nazim Əlicanov
Məşqçi - Həsrət Məmmədyarov
Məşqçi - İsaməddin Hüseynov