» » » "Mançester Yunayted" klubu qışda 9 futbolçusu ilə vidalaşacaq

"Mançester Yunayted" klubu qışda 9 futbolçusu ilə vidalaşacaq

"Mançester Yunayted" klubu qışda 9 futbolçusu ilə vidalaşacaq
İngiltərənin "Mançester Yunayted" komandası qışda ən azı 8 futbolçusunu satacaq.

ucarliyiq.bizun "The Telegraph"a istinadən verdiyi məlumata görə, bu barədə baş məşqçi Joze Mourinyo qərar qəbul edib. O, müqaviləsi mövsümün sonunadək qüvvədə olan hücumçu Zlatan İbrahimoviçlə də yolların ayrılmasını istəyib. Portuqaliyalı mütəxəssis son oyunlardakı uğursuzluqları komandaya zəif futbolçuların alınması ilə əlaqələndirib. Yayda 4 oyunçu - Zlatan İbrahimoviç, Henrik Mxitaryan, Erik Bayi və Pol Poqbanın alınmasına 145,7 milyon funt sterlinq xərclənib. Mourinyonun vidalaşmaq istədikləri isə müdafiəçi Matteo Darmian, Markus Roho, Fil Cons, yarımmüdafiəçi Bastian Şvaynştayger, Morqan Şnayderlin, Maykl Kerrik, Eşli Yanq, habelə hücumçu Memfis Depay və Zlatan İbrahimoviçdir.

Qeyd edək ki, "Mançester Yunayted" oktyabrın 23-də "Çelsi"yə 0:4 hesabı ilə uduzub. Bu, Joze Mourinyonun İngiltərə karyerası ərzində ən böyük hesablı məğlubiyyəti olub. Noyabrın 3-də isə "qırmızı şeytanlar" Avropa Liqasının qrup mərhələsinin IV tur matçında Türkiyə "Fənərbağça"sına yenilib - 1:2. Hazırda Mourinyonun komandası Premyer Liqada 10 oyundan 15 xalla 8-ci, Avroliqada isə 6 xalla 3-cü pillədə qərarlaşıb.