» » » Slovakiya çempionatının oyunundan əvvəl futbolçu hakimə evlilik təklif edib

Slovakiya çempionatının oyunundan əvvəl futbolçu hakimə evlilik təklif edib

Slovakiya çempionatının oyunundan əvvəl futbolçu hakimə evlilik təklif edib
Futbol üzrə Slovakiya çempionatının V Divizionunun oyunundan əvvəl qeyri-adi hadisə baş verib.

ucarliyiq.bizun məlumatına görə, "Nijna" komandasının futbolçusu Lyubomir Vajeçka "Tatran"la görüşün start fitinə az qalmış baş hakimə evlilik təklif edib.

O, Petra Lepaçkova adlı referiyə yaxınlaşaraq, qarşısında diz çöküb. Lepaçkova Vajeçkanın təklifinə razılıq cavabı verib.

Qeyd edək ki, matç "Nijna"nın qələbəsi ilə yekunlaşıb - 3:1.