» » » Azərbaycan Premyer Liqasında XI turun açılış oyunu qolsuz başa çatıb

Azərbaycan Premyer Liqasında XI turun açılış oyunu qolsuz başa çatıb

Azərbaycan Premyer Liqasında XI turun açılış oyunu qolsuz başa çatıb
Futbol üzrə Azərbaycan Premyer Liqasında XI tura start verilib. ucarliyiq.bizun məlumatına görə, açılış oyununda "Kəpəz" və "Sumqayıt" komandaları üz-üzə gəlib.

Gəncə şəhər stadionundakı qarşılaşmada hesab açılmayıb - 0:0. Meydan sahibləri 61-ci dəqiqədə Kərim Diniyevin qırmızı vərəqə alması səbəbindən oyunu azlıqda başa vurub.

Bununla da "Kəpəz" ardıcıl 3-cü, "Sumqayıt" isə ardıcıl 5-ci matçında qələbəyə həsrət qalıb. Hazırda Gəncə komandası 12 xalla 5-ci, "gənclik şəhəri" təmsilçisi isə 10 xalla 6-cı pillədə qərarlaşıb.

Qeyd edək ki, günün digər oyunu "Bakcell Arena"da "Neftçi" və "İnter" komandaları arasında keçiriləcək. Tura noyabrın 6-da AZAL - "Qəbələ" və "Zirə" - "Qarabağ" matçları ilə yekun vurulacaq.