» » » KXDR yığmasının qapıçısı kuryoz qol buraxdığı üçün bir il müddətinə cəzalandırılıb

KXDR yığmasının qapıçısı kuryoz qol buraxdığı üçün bir il müddətinə cəzalandırılıb

KXDR yığmasının qapıçısı kuryoz qol buraxdığı üçün bir il müddətinə cəzalandırılıb
KXDR-in gənclərdən ibarət yığma komandasının qapıçısı Can Pak Ho bir illik diskvalifikasiyaya məruz qalıb. ucarliyiq.bizun məlumatına görə, buna Honun Özbəkistanla Asiya çempionatı matçında qapısından kuryoz qol buraxması səbəb olub.

Özbəkistanlı qolkiper Cəsurbəy Umrzakovun özlərinə aid cərimə meydanından irəliyə vurduğu top inanılmaz trayektoriya ilə koreyalı həmkarının başı üzərindən uçaraq, tora daxil olub. Bundan bir ay sonra Asiya Futbol Konfederasiyası Hoya qarşı intizam işi açıb. Qərara gəlinib ki, bu, bilərəkdən edilib. Ona görə də Ho 2017-ci ildə Hindistanda keçiriləcək dünya çempionatında oynaya bilməyəcək.

Qeyd edək ki, görüş Özbəkistan millisindən 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.