» » » Premyer Liqa: "Neftçi" "İnter"i məğlub edib

Premyer Liqa: "Neftçi" "İnter"i məğlub edib

Premyer Liqa: "Neftçi" "İnter"i məğlub edib
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının XI turunun daha bir oyunu başa çatıb.

ucarliyiq.bizun məlumatına görə, "Neftçi" "İnter" klubunu qəbul edib.

İlk hissədə komandalar qarşılıqlı hücumlar etsələr də, qapılara qol vurulmayıb.

İkinci 45 dəqiqəyə meydan sahibləri daha fəal başlayıb. "Neftçi"nin yeni transferi Yohan Pessali komandada qol hesabını açıb. O, 53-cü dəqiqədə Səlahət Ağayevi məyus etməyi bacarıb. Meydan sahibləri ikinci qollarını 11 metrlik cərimə zərbəsindən vurublar. Cərimə meydançasından kənarda Zürab Xizanişvilinin əllə oyununu baş hakim Rəvan Həmzəzadə penalti kimi dəyərləndirib. 61-ci dəqiqədə topa yaxınlaşan Araz Abdullayev komandasının ikinci qolunu vurub. Lakin oyunun sonlarına yaxın penaltiyə səbəb olan gürcü legioner qollardan birinin əvəzini çıxa bilib. O, 90-cı dəqiqədə fərqi birə endirib.

Bundan sonra qapılara qol vurulmayıb və oyun 2:1 hesabı ilə başa çatıb.

Bu nəticədən sonra "Neftçi" xal ehtiyatını 9-a çatdırıb və ən yaxın qonşusu "Sumqayıt"la fərqi 1-ə endirib. "İnter" isə 20 xalla 3-cüdür.