» » » Bədavi Hüseynov: "Rəqibin fiziki cəhətdən güclü futbolçuları çoxdur"

Bədavi Hüseynov: "Rəqibin fiziki cəhətdən güclü futbolçuları çoxdur"

Bədavi Hüseynov: "Rəqibin fiziki cəhətdən güclü futbolçuları çoxdur"
Bakıı. 8 noyabr. REPORT.AZ/ "Bu oyunda hamı bizdən uğurlu nəticə, ən azı 1 xal qazanmağı gözləyir. Buna görə də səfərə qələbə əzmi ilə gedirik. Amma rəqib güclü komandadır. Üstəlik, doğma divarlar arasında oynayacaqlar. İstənilən halda azarkeşləri sevindirmək və yaxşı nəticə ilə vətənə qayıtmaq üçün əlimizdən gələn hər şeyi edəcəyik".

ucarliyiq.bizun məlumatına görə, bunu Azərbaycan millisinin futbolçusu Bədavi Hüseynov jurnalisltərə açıqlamasında 2018-ci il dünyan çempionatının seçmə qrup mərhələsində Şimali İrlandiya ilə keçiriləcək oyun haqqında danışarkən deyib.

B.Hüseynov rəqibi belə dəyərləndirib: "Hündür boy futbolçuları çoxdur. Onlar həm də fiziki cəhətdən güclüdürlər. Hava mübarizəsi zamanı bizə çətin olacağını bilirik. Standart vəziyyətlər heç də az əhəmiyyət daşımır. Bu baxımdan çox diqqətli olmalıyıq. Norveç və Çexiya ilə oyunlarda bu mənada yaxşı çıxış etdik. Rəqibə havadakı üstünlüklərindən istifadə etmək imkanı vermədik. Eyni sayıqlığı yenə göstərməliyik".

Müdafiəçi mərkəzdə, yoxsa sağ cinahda çıxış edəcəyi ilə bağlı suala belə cavab verib: "Hələlik dəqiq bilmirəm. Baş məqşi qərar verəcək. Maksim Medvedev təcrübəli oyunçudur. Meydana mərkəz müdafiəçisi kimi çıxdığı oyunlarda da inamlı layiqli oyun sərgiləyib. Müdafiədə istənilən möqvqedə necə və harada oynamalı olduğunu yaxşı bilir. Yəni baş məqşçi Rəşadla Maksimin oynamasına üstünlük versə, onların layiqli çıxış edəcəyinə şübhə etmirəm. Onlar bunu dəfələrlə nümayiş etdiriblər. Hər şeyə baş məşqçi qərar verəcək".

O, millinin heyətinin əsasən çıxış etdiyi "Qarabağ"ın futbolçularından təşkil olunmasına da münasibət bildirib: "Ardıcıl 2 qələbə qazanmışıq və əhval-ruhiyyə yaxşıdır. Arzulanan məqsədə çatmaq üçün daha bir addım atmalıyıq. Buna görə də Şimali İrlandiyaya yüksək ab-hava ilə gedirik. Düzdür, bir qədər fərqli atmosferdir, milli səviyyəsinə keçid olacaq. Amma hamısı tanış uşaqlardır, yaxşı olacaq".