» » » Azərbaycan millisinin rəqibi Belfastda yanğın təhlükəsi ilə üzləşib

Azərbaycan millisinin rəqibi Belfastda yanğın təhlükəsi ilə üzləşib

Azərbaycan millisinin rəqibi Belfastda yanğın təhlükəsi ilə üzləşib
2018-ci il dünya çempionatının seçmə qrup mərhələsinin IV turunda Azərbaycan millisini qəbul edəcək Şimali İrlandiya yığmasının qaldığı otelin dayanacağında yanğın baş verib.

ucarliyiq.bizun "Belfast Live"ə istinadən verdiyi məlumata görə, yanğın dayanacaqda park edilmiş avtomobildə başlayıb.

Yanğın zamanı Şimali İrlandiya yığmasının futbolçuları da oteldə olublar.

Yerli yanğından mühafizə xidməti məlumatı təsdiqləyib. Yanğının qəsdən törədildiyi istisna edilmir.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.