» » » AFFA "Qəbələ"nin baş məşqçisini cəzalandırıb

AFFA "Qəbələ"nin baş məşqçisini cəzalandırıb

AFFA "Qəbələ"nin baş məşqçisini cəzalandırıb
AFFA-nın İntizam Komitəsi Azərbaycan Premyer Liqasının son turunda baş verənlərlə bağlı qərarlarını açıqlayıb.

ucarliyiq.biz Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, İntizam Komitəsi AZAL - "Qəbələ" matçında baş verənlərlə bağlı Qəbələ komandasının baş məşqçisi Roman Qriqorçuku cəzalandırıb.

Oyunun 14-cü dəqiqəsində tezxniki zona qaydalarını pozduğu üçün tribunaya göndərilən ukraynalı mütəxəssis bir oyunluq cəzalanıb. Onun klubu bu səbəbdən 800 manat ziyana düşüb. İntizam Komitəsi həmin anda baş verənlərlə bağlı AZAL-ın futbolçusunu da cəzasız qoymayıb. Oyunun videoyazısına baxıldıqdan sonra İlqar Ələkbərovun rəqib oyunçuya qarşı kobud oynadığı üçün 2 oyunluq cəzalanmasına qərar verilib və klub 1600 manat cərimə ödəməli olacaq.

Bundan başqa, hər iki komandanın 5 futbolçusu sarı vərəqə aldığı üçün klubları 800 manat cərimələnib.

Premyer Liqanın XI turunun "Kəpəz" - "Sumqayıt" matçının 62-ci dəqiqəsində meydan sahiblərinin futbolçusu Kərim Diniyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub. Həmin turun "Neftçi" - "İnter" matçında qonaqların 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimələnib.