» » » "Qalatasaray" klubu portuqaliyalı futbolçunun transfer qiymətini açıqlayıb

"Qalatasaray" klubu portuqaliyalı futbolçunun transfer qiymətini açıqlayıb

"Qalatasaray" klubu portuqaliyalı futbolçunun transfer qiymətini açıqlayıb
Türkiyənin "Qalatasaray" klubu futbolçusu Brumanın sərbəst buraxılma dəyərini açıqlayıb.

ucarliyiq.bizun məlumatına görə, 22 yaşlı futbolçunu transfer etmək istəyən klub 40 milyon avrosundan keçməlidir.

İstanbul təmsilçisi 2018-ci ilin yayında başa çatacaq müqaviləni artırmaq niyyətindədir. Artıq rəhbərlik yığma komandaların oyunları səbəbindən yaranan fasilədə portuqaliyalı futbolçunun menecerləri ilə görüşəcək.

Yeni müqavilə imzalanacağı təqdirdə maaşı 2 dəfə artacaq.

Qeyd edək ki, Bruma 2013-cü ildə Portuqaliyanın "Sportinq" klubundan "Qalatasaray"a transfer olub. O, icarə əsasında Türkiyənin "Qaziantepspor" və İspaniyanın "Real Sosyedad" klublarında çıxış edib.