» » » Federasiya rəsmisi: “Bu il "Qızıl Qran Pri"də 700-dən çox güləşçi iştirak edəcək”

Federasiya rəsmisi: “Bu il "Qızıl Qran Pri"də 700-dən çox güləşçi iştirak edəcək”

Federasiya rəsmisi: “Bu il "Qızıl Qran Pri"də 700-dən çox güləşçi iştirak edəcək”
“Bu il keçiriləcək ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə beynəlxalq "Qızıl Qran Pri" beynəlxalq turnirində 700-dən çox idmançı iştirak edəcək”.

Bunu “Report”a açıqlamasında Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti, vergilər nazirinin müavini Namiq Əliyev deyib.

N.Əliyevin sözlərinə görə, bu il yarışda iştirak edəcək idmançıların sayı ötən illərə nisbətən iki dəfəyə qədər çoxdur: “Ötən illərdə bu yarışlarda 300-400 idmançı iştirak edirdi. Bu il isə 50-yə yaxın ölkədən 700 idmançı yarışlarda iştirakını təsdiq edib”.