» » » Şimali İrlandiya millisinin kapitanı: "Azərbaycanla oyun bizim üçün çox önəmlidir"

Şimali İrlandiya millisinin kapitanı: "Azərbaycanla oyun bizim üçün çox önəmlidir"

Şimali İrlandiya millisinin kapitanı: "Azərbaycanla oyun bizim üçün çox önəmlidir"
Şimali İrlandiya, Belfast. 11 noyabr. REPORT.AZ/ "Əlbəttə, Azərbaycanla oyun bizim üçün çox önəmlidir. Çünki bu görüşün nəticəsi qrupdakı taleyimizi müəyyənləşdirəcək".

ucarliyiq.bizun məlumatına görə, bunu Şimali İrlandiya yığmasının kapitanı Stiven Devis Azərbaycan millisi ilə 2018-ci il Dünya çempionatının seçmə qrup matçından öncə mətbuat konfransında deyib.

31 yaşlı yarımmüdafiəçi millimizi yaxşı təhlil etdiklərini bildirib:

"Onlar müdafiədə dərinliklərdən oynayırlar. Heyətlərində çox güclü oyunçular var".

Evansın fikrincə, bu görüş komandasının qrupdakı mövqeyinin müəyyənləşdirilməsində vacib rol oynaya bilər:

"Ev oyunumuzda maksimum xal toplamağa çalışmalıyıq".

Noyabrın 11-də Belfastdakı "Windsor Park"da keçiriləcək Şimali İrlandiya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.