» » » Rahid Əmirquliyev: "Şimali İrlandiya güclü oyun sərgiləyir"

Rahid Əmirquliyev: "Şimali İrlandiya güclü oyun sərgiləyir"

Rahid Əmirquliyev: "Şimali İrlandiya güclü oyun sərgiləyir"
Şimali İrlandiya, Belfast. 11 noyabr. REPORT.AZ/ "Hansı komandaya qarşı oynayacağımızı hamı gözəl bilirik. Bu, ən vacib qarşılaşmalarımızdan biridir. Matça yaxşı hazırlaşmışıq. Rəqibi də təhlil etmişik. Öz oyunumuzu nümayiş etdirib, meydandan yaxşı nəticə ilə ayrılacağımıza inanırıq".

ucarliyiq.bizun məlumatına görə, bunu Azərbaycan milli komandasının futbolçusu Rahid Əmirquliyev Şimali İrlandiya yığması ilə DÇ-2018-in seçmə qrup matçından öncə mətbuat konfransında deyib.

Təcrübəli yarımmüdafiəçi bildirib ki, əvvəllər Şimali İrlandiyaya qarşı 2 dəfə çıxış etməsi elə də önəm kəsb etmir:

"Bu oyunlar keçmişdə qalıb. Hazırkı rəqib güclü oyun sərgiləyir. Bunu AVRO-2016-ya çıxmaları da sübut edir. Şimali İrlandiya kimi Azərbaycan da dəyişib. Motivasiyam həmişə var. Amma əvvəlki oyunlar motivasiya vermir".