» » » Rəşad Sadıqov bir aydan çox yaşıl meydanlardan kənarda qalacaq

Rəşad Sadıqov bir aydan çox yaşıl meydanlardan kənarda qalacaq

Rəşad Sadıqov bir aydan çox yaşıl meydanlardan kənarda qalacaq
Şimali İrlandiya, Belfast. 10 noyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan millisi və "Qarabağ" klubunun müdafiəçisi Rəşad Sadıqovun Londonda müayinəsinin nəticələri məlum olub.

ucarliyiq.bizun Belfasta ezam olunmuş əməkdaşının məlumatına görə, bu barədə Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki məlumat verib.

Kapitanın zədəsindən danışan xorvatiyalı mütəxəssis bunun köhnə olduğunu bildirib:

"Bu, təzə zədə deyil. Rəşad Norveçlə oyundan sonra meydana çıxa bilmədi. Bu gün Londona gedərək, həkimlə görüşdü. Müayinədən sonra məlum oldu ki, müalicə görməyəcək. Gələn həftədən məşqlərə başlayacaq. Amma 6 həftəyədək yaşıl meydanlardan kənarda qalacaq. Bir tərəfdən yaxşıdır ki, müalicə görməyəcək, amma digər tərəfdən uzun müddət oynamayacaq".