» » » Bakıda keçiriləcək "Qızıl Qran Pri"nin təqvimi açıqlanıb

Bakıda keçiriləcək "Qızıl Qran Pri"nin təqvimi açıqlanıb

Bakıda keçiriləcək "Qızıl Qran Pri"nin təqvimi açıqlanıb
Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan güləş üzrə "Qızıl Qran Pri" beynəlxalq turnirinin final mərhələsi keçiriləcək.

ucarliyiq.biz Azərbaycan Güləş Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, sayca 9-cu dəfə baş tutacaq turnir noyabrın 24-də Bakı İdman Sarayında başlayacaq.

Turnirə 50-dən artıq ölkədən 700-ə yaxın iştirakçının qatılacağı gözlənilir.

Proqrama əsasən, yarışların ilk günündə sərbəst güləşçilər mübarizə aparacaq. Noyabrın 25-də qadın, 26-da isə yunan-Roma güləşi üzrə qaliblər müəyyənləşəcək.

İlk görüşlər hər gün saat 10:00-da, final qarşılaşmaları saat 17:00-da başlayacaq. Turnirin rəsmi açılış mərasimi noyabrın 24-də saat 16:00-da baş tutacaq.