» » » AFFA prezidenti Şimali İrlandiya - Azərbaycan oyununu izləyəcək

AFFA prezidenti Şimali İrlandiya - Azərbaycan oyununu izləyəcək

AFFA prezidenti Şimali İrlandiya - Azərbaycan oyununu izləyəcək
Şimali İrlandiya, Belfast. 11 noyabr. REPORT.AZ/ AFFA prezidenti Rövnəq Abdullayev Azərbaycan milli komandasının 2018-ci il Dünya çempionatının seçmə mərhələsində Şimali İrlandiya yığması ilə səfər matçını izləməyə gedib.

ucarliyiq.bizun Belfasta ezam olunmuş əməkdaşının məlumatına görə, qurum rəhbəri ilə yanaşı vitse-prezident Elşad Nəsirov, həmçinin AFFA-nın I vitse-prezidenti Rauf Əliyev və digər assosiasiya rəsmiləri bu gün saat 23:45-də "Wındsor Park" stadionunda keçiriləcək matçda fəxri tribunada olacaqlar.

R.Əliyev və AFFA baş katibi Elxan Məmmədov milli komanda ilə birgə noyabrın 8-də Belfasta gedib.

Qeyd ədək ki, R.Abdullayev 4 il öncə Belfastda 1:1 hesabı ilə nəticələnən matçı da həmin stadiondan izləmişdi.