» » » Futbol üzrə Azərbaycan yığmasını Belfasta aparan təyyarə bu gün Bakıya qayıdacaq

Futbol üzrə Azərbaycan yığmasını Belfasta aparan təyyarə bu gün Bakıya qayıdacaq

Futbol üzrə Azərbaycan yığmasını Belfasta aparan təyyarə bu gün Bakıya qayıdacaq
Futbol üzrə Azərbaycan millisini Şimali İrlandiya ilə oyun üçün Belfast şəhərinə aparan AZAL-a məxsus "Boeing 787 Dreamliner" təyyarəsi yaxın saatlarda Bakıya yola düşəcək.

Bunu ucarliyiq.biza AZAL-ın mətbuat katibi Paşa Kəsəmənski deyib.

Onun sözlərinə görə, təyyarədə yaranan texniki nasazlıq aradan qaldırılıb. Nəticədə Bakı - Belfast - Bakı marşrutu ilə hərəkət edən təyyarə təxminən saat 13:00 radələrində Belfast aeroportundan havaya qalxacaq.

Qeyd edək ki, futbol üzrə Azərbaycan yığması 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsində Şimali İrlandiya ilə oyundan dərhal sonra Bakıya qayıtmalı olsa da, təyyarədəki texniki nasazlıq səbəbindən uçuş təxirə salınıb.