» » » AFFA: "Şübhəli oyunlarla bağlı UEFA-dan məxfi xəbərlər gəlib"

AFFA: "Şübhəli oyunlarla bağlı UEFA-dan məxfi xəbərlər gəlib"

AFFA: "Şübhəli oyunlarla bağlı UEFA-dan məxfi xəbərlər gəlib"
AFFA-nın baş katibi Elxan Məmmədov assosiasiyanın danışılmış oyunların araşdırılması ilə bağlı komissiyasının Azərbaycan çempionatının bəzi oyunlardakı şübhəli məqamlara dair araşdırmalara başlamasına rəsmi münasibət bildirib.

E.Məmmədov ucarliyiq.biza açıqlamasında belə araşdırmaların hər zaman nəzarət altında olduğunu bildirib: "Lakin son aylar bununla bağlı mənfi xəbərlər gəlməyə başladı. Ona görə də bu işə artıq daha da ciddi yanaşırıq. Açığı, indi heç nə deyə bilmərik, çünki hələlik araşdırmaların gedişatını məxfi saxlamağa qərar vermişik. Növbəti aylarda eşidəcəksiniz, nəticələr haqda məlumatlar veriləcək".

Baş katibin sözlərinə görə, bu məsələdə UEFA ilə çox sıx əlaqədə işləyirlər: "Bəzi klublardan artıq məlumatlar gəlib. Ancaq UEFA da tövsiyə edib ki, klubların adlarını məxfi saxlayaq. Buna görə həmin klubların hansı liqada çıxış etdiklərini deyə bilmərəm. Araşdırma yekunlaşandan sonra nəticələr ilk növbədə, AFFA-nın İcraiyyə Komitəsinə, sonra İntizam Komitəsinə göndəriləcək".