» » » AFFA-ya şübhəli oyunlarla bağlı məxfi məlumatlar daxil olub

AFFA-ya şübhəli oyunlarla bağlı məxfi məlumatlar daxil olub

AFFA-ya şübhəli oyunlarla bağlı məxfi məlumatlar daxil olub
AFFA-nın baş katibi Elxan Məmmədov assosiasiyanın danışılmış oyunların araşdırılması ilə bağlı komissiyasının Azərbaycan çempionatının bəzi matçlardakı şübhəli məqamlara dair araşdırmalara başlamasına rəsmi münasibət bildirib.

E.Məmmədov ucarliyiq.biza açıqlamasında belə araşdırmaların hər zaman nəzarət altında olduğunu deyib.

"Lakin son aylar bununla bağlı mənfi xəbərlər gəlməyə başladı. Ona görə də bu işə artıq daha da ciddi yanaşırıq. Açığı, indi heç nə deyə bilmərik, çünki hələlik araşdırmaların gedişatını məxfi saxlamağa qərar vermişik. Növbəti aylarda eşidəcəksiniz, nəticələr haqda məlumatlar veriləcək", - deyə o əlavə edib.

Baş katibin sözlərinə görə, AFFA bu məsələdə UEFA ilə çox sıx əlaqədə işləyir:

"Bəzi klublardan artıq məlumatlar daxil olub. Ancaq UEFA da tövsiyə edib ki, klubların adlarını məxfi saxlayaq. Buna görə həmin klubların hansı liqada çıxış etdiklərini deyə bilmərəm. Araşdırma yekunlaşandan sonra nəticələr, ilk növbədə AFFA-nın İcraiyyə Komitəsinə, sonra İntizam Komitəsinə göndəriləcək".