» » » AFFA-nın İcraiyyə Komitəsinin fövqəladə iclası keçirilib

AFFA-nın İcraiyyə Komitəsinin fövqəladə iclası keçirilib

AFFA-nın İcraiyyə Komitəsinin fövqəladə iclası keçirilib
AFFA-nın İcraiyyə Komitəsinin fövqəladə iclası keçirilib.

ucarliyiq.bizun AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, iclasda qurumun prezidenti Rövnəq Abdullayev, I vitse-prezident Rauf Əliyev, vitse-prezident Elşad Nəsirov, İK-nın digər üzvləri İsgəndər Cavadov və Vaqif Sadıqov iştirak ediblər.

Aparılmış müzakirələrən sonra qərara alınıb ki, nəticəsinin şübhəli olması ehtimal edilən oyunlarla bağlı AFFA tərəfindən aparılan araşdırmanın nəticəsi barədə İcraiyyə Komitəsinə məlumat təqdim olunsun.

Digər tərəfdən, AFFA-nın növbəti konfransı 2017-ci il mart ayının birinci yarısına təyin edilib. Konfransın dəqiq tarixinin müəyyənləşdirilməsi baş katibliyə həvalə olunub. AFFA-nın baş katibi Elxan Məmmədovun isə UEFA İcraiyyə Komitəsi üzvlüyünə namizədliyi irəli sürülüb.