» » » Bu ilin doqquz ayı ərzində 121 qızıl, 146 gümüş, 245 bürünc medal qazanılıb

Bu ilin doqquz ayı ərzində 121 qızıl, 146 gümüş, 245 bürünc medal qazanılıb

Bu ilin doqquz ayı ərzində 121 qızıl, 146 gümüş, 245 bürünc medal qazanılıb
Yunan-Roma güləşi üzrə olimpiya və ikiqat dünya çempionu Fərid Mansurov Gənclər və İdman Nazirliyində idman şöbəsinin müdiri vəzifəsinə təyin olunduqdan üç ay sonra mətbuat konfransı keçirib.

ucarliyiq.bizun məlumatına görə, ötənlərin məşhur pəhləvanı idmançı kimi çıxış etdiyi vaxtlarda da daim jurnalistlərlə ünsiyyətdə olduğunu xatırladıb.

O, idmançı kimi mərhələlər keçdikdən sonra yeni vəzifədə çalışmağın şərəfli və məsuliyyətli iş olduğunu bildirib. F.Mansurov doqquz ay ərzində 121 qızıl, 146 gümüş, 245 bürünc medal qazandıqlarını açıqlayıb. Şöbə müdiri medallardan 18-nin Yay Olimpiya, 11-nin isə Paralimpiya Oyunlarında əldə olunduğunu vurğulayıb.

F.Mansurov il ərzində Formula 1 üzrə Avropa Qran Prisi, Ümumdünya Şahmat Olimpiadası kimi mötəbər yarışların keçirildiyini, 4 nəfərin "Şöhrət" ordeni, 17 nəfərin "Tərəqqi" medalı ilə təltif olunduğunu söyləyib.