» » » Türkiyə Super Liqasının yayım hüququ 600 milyon dollara satıla bilər

Türkiyə Super Liqasının yayım hüququ 600 milyon dollara satıla bilər

Türkiyə Super Liqasının yayım hüququ 600 milyon dollara satıla bilər
Türkiyə Super Liqasında növbəti 5 mövsümün yayım hüququ yüksək məbləğə satıla bilər. ucarliyiq.bizun "Fanatik"ə istinadən verdiyi məlumata görə, noyabrın 21-də keçiriləcək tenderdə çempionatın yayım hüququnun 600-650 milyon dollara satılacağı gözlənilir.

Türkiyə Klublar Birliyi Komitəsinin sədri Göksel Gümüşdağ çempionatın yayım hüququnun təxminən bu dəyərdə satılacağını və bununla da yeni rekordun qeydə alınacağını bildirib.

5 il müddətinə nəzərdə tutulan yayım hüququ üçün 4 fərqli paket hazırlanıb. A paketi 425 milyon dollar, B paketi 45 milyon dollar, C paketi 15 milyon dollar, D paketi isə 495 milyon dollardan satışa çıxarılacaq. Amma hərracda bu məbləğin yüksələcəyi gözlənilir.

Qeyd edək ki, 2010-cu ildə keçirilmiş tenderdə yayım hüququ 213.3 milyon dollardan satışa çıxarılıb və "Digiturk" 321 milyon dollar ödəyərək tenderin qalibi olub.