» » » Premyer Liqada XII turun oyunlarının başlama saatı açıqlanıb

Premyer Liqada XII turun oyunlarının başlama saatı açıqlanıb

Premyer Liqada XII turun oyunlarının başlama saatı açıqlanıb
Futbol üzrə Azərbaycan Premyer Liqasında XII turun oyun cədvəli müəyyənləşib. ucarliyiq.bizun məlumatına görə, turun oyunları 2 gün ərzində keçiriləcək.

Tura noyabrın 19-da Qəbələdə start veriləcək. Çempionata liderlik edən eyniadlı komanda "Zirə"ni qəbul edəcək. Həmin gün şərikli lider "Qarabağ" da evində "Kəpəz"lə üz-üzə gələcək.

Ertəsi gün əvvəlcə "Sumqayıt" "Neftçi"ni sınağa çəkəcək. Ardından "İnter"lə AZAL arasında paytaxt derbisi baş tutacaq.

19 noyabr (şənbə)

“Qarabağ” – “Kəpəz”

“Azərsun Arena”, 18:00

“Qəbələ” – “Zirə”

Qəbələ şəhər stadionu, 15:00

20 noyabr (bazar)

“İnter” – AZAL

“İnter Arena”, 16:00

“Sumqayıt” – “Neftçi”

“Kapital Bank Arena”, 14:00

Qeyd edək ki, bütün görüşlər "CBC Sport" kanalı vasitəsi ilə canlı yayımlanacaq.