» » » AZAL klubu "Xəzər Lənkəran"ın sabiq futbolçusu ilə gələn həftə müqavilə bağlayacaq

AZAL klubu "Xəzər Lənkəran"ın sabiq futbolçusu ilə gələn həftə müqavilə bağlayacaq

AZAL klubu "Xəzər Lənkəran"ın sabiq futbolçusu ilə gələn həftə müqavilə bağlayacaq
AZAL klubu "Xəzər Lənkəran"ın sabiq futbolçusu Sadio Tounkara ilə gələn həftə müqavilə bağlayacaq. Bu barədə ucarliyiq.biza klubun vitse-prezidenti Fikrət Hüseynov məlumat verib.

Onun sözlərinə görə, Malidən olan 24 yaşlı yarımmüdafiəçi gələn həftə komandanın düşərgəsində olacaq: "Hazırda viza məsələlərinin həlli ilə məşğuluq. Tounkara 21-22 noyabrda AZAL-ın düşərgəsində olacaq. Gələndən sonra onunla mövsümün sonunadək müqavilə bağlayacağıq".

Qeyd edək ki, Sadio Tounkara 2012-ci ilin yanvarından 2015-ci ilin dekabrınadək "Xəzər Lənkəran"da çıxış edib. O, 126 oyuna 17 qol vurub. Azərbaycandan ayrıldıqdan sonra Tounkara Cənubi Kiprin "Enosis" klubunda forma geyinib.