» » » Bakıda 2020-ci il Avropa çempionatına həsr olunmuş seminar keçirilib

Bakıda 2020-ci il Avropa çempionatına həsr olunmuş seminar keçirilib

Bakıda 2020-ci il Avropa çempionatına həsr olunmuş seminar keçirilib
"Boulevard Hotel"də “Futbol matçları zamanı Təhlükəsizlik və Mühafizə məsələləri” üzrə seminar keçirilib.

ucarliyiq.bizun məlumatına görə, UEFA-nın rəhbərliyi altında təşkil olunmuş seminar Bakıda 2020-ci ildə Avropa Çempionatının final mərhələsinin (EURO-2020) 4 oyunun keçirilməsinə hazırlıq məqsədi daşıyıb.

Seminarda Daxili İşlər Nazirliyinin əməkdaşları, Azərbaycan Premyer Liqası və I Divizion klublarının mühafizə xidmətinin rəhbərləri, klublarda azarkeşlərlə əlaqələndirici şəxslər, fan-klub nümayəndələri, AFFA, PFL və AFFA-nın nəzdində olan stadionların əməkdaşları, Premyer Liqa oyunlarına təyinat alan AFFA nümayəndələri və Bakı-2017 İslam Həmrəyliyi Oyunlarının Yerli Təşkilat Komitəsinin nümayəndələri iştirak ediblər.