» » » Rusiyada stadion tikintisindən 50 milyonluq yeyintidə şübhəli bilinən şəxsin erməni olduğu müəyyənləşib

Rusiyada stadion tikintisindən 50 milyonluq yeyintidə şübhəli bilinən şəxsin erməni olduğu müəyyənləşib

Rusiyada stadion tikintisindən 50 milyonluq yeyintidə şübhəli bilinən şəxsin erməni olduğu müəyyənləşib
Futbol üzrə 2018-ci il dünya çempionatı üçün Rusiyanın Sankt-Peterburq şəhərində stadion tikintisi zamanı fırıldaqçılığa yol verən şəxsin erməni olduğu müəyyənləşib.

ucarliyiq.bizun "Fontanka"ya məlumatına görə, bu, Sankt-Peterburqun sabiq vitse-qubernatoru Marat Oqanesyandır.

Baş podratçı 2014-cü ildə "Transstroy"la TDM şirkətləri arasında stadion üçün videotablonun çatdırılması üzrə bağlanmış müqavilədən 50 milyon rubl pul yeyintisində şübhəli bilinib. Ötən gün həbs olunan Oqanesyan bu gün xəstəxanada 3 saatadək qaldıqdan sonra yenidən müvəqqəti saxlanma təcridxanasına qaytarılıb.

Qeyd edək ki, "Sankt-Peterburq" stadionu Konfederasiyalar Kubokunun 3 qrup oyununa və final görüşünə ev sahibliyi edəcək. Bundan başqa, DÇ-2018-in 4 qrup, 1/8 final, yarımfinal və üçüncü yerin sahibini müəyyənləşdirəcək oyunlar da bu stadionda keçiriləcək.