» » » Ekvador Futbol Federasiyasının prezidenti 10 il müddətinə həbs olunub

Ekvador Futbol Federasiyasının prezidenti 10 il müddətinə həbs olunub

Ekvador Futbol Federasiyasının prezidenti 10 il müddətinə həbs olunub
Ekvador Futbol Federasiyasının sabiq prezidenti Luis Çiriboqa FİFA-da maliyyə fırıldaqçılığına görə 10 il müddətinə azadlıqdan məhrum edilib.

ucarliyiq.biz "Reuters"ə istinadən xəbər verir ki, Luis Çiriboqa ölkənin Futbol Federasiyasında çirkli pulların yuyulmasında müqəssir bilinir.

Həmçinin futbol qurumunun sabiq xəzinədarı Uqo Mora da 10 il həbs cəzası alıb.

Ötən ilin əvvəlində Çiriboqa dördüncü dəfə Ekvador Futbol Federasiyasının prezidenti vəzifəsinə seçilib.