» » » Azərbaycan Premyer Liqasında şərikli liderlik davam edib

Azərbaycan Premyer Liqasında şərikli liderlik davam edib

Azərbaycan Premyer Liqasında şərikli liderlik davam edib
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının daha bir oyunu keçirilib. ucarliyiq.bizun məlumatına görə, turun ikinci oyununda "Qarabağ" və "Kəpəz" klubları üz-üzə gəlib.

Qarşılaşmada topa ilk toxunuşu meydan sahibi "Qarabağ" edib. Oyunun ilk dəqiqələrindən hücuma atılan Qurban Qurbanovun rəhbərlik etdiyi komanda maçtın 17-ci dəqiqəsində istəyinə çatıb. Dani Ndlovu topu "Kəpəz"in qapısından keçirib. İlk hissə "Qarabağ"ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

İkinci hissədə komandalar nə qədər çalışsalar da, qapılara qol vurulmayıb.

Bu nəticə ilə "Qarabağ" 12 oyundan 28 xal toplayaraq lider "Qəbələ" ilə 1 və 2-ci pillələri bölüşür. "Kəpəz" isə 12 xalla 5-cidir.

İlk oyunda isə "Qəbələ" "Zirə"ni sınağa çəkib. Roman Qriqorçuk cəzalı olduğu üçün oyunu tribunadan izləyib. Lakin bu amil "qırmızı-qaralar"ın qələbə qazanmasına mane olmayıb. 52-ci dəqiqədə Filip Ozobiç uzaq məsafədən dəqiq zərbə ilə oyunda yeganə qolun müəllifi olub - 1:0. "Qəbələ" minimal hesablı qələbə sayəsində xallarını 28-ə çatdırıb və liderliyini davam etdirib.

Qeyd edək ki, tura sabah keçiriləcək iki oyunla yekun vurulacaq.