» » » Azərbaycanın daha bir veteran cüdoçusu dünya çempionu olub

Azərbaycanın daha bir veteran cüdoçusu dünya çempionu olub

Azərbaycanın daha bir veteran cüdoçusu dünya çempionu olub
ABŞ-da veteran cüdoçular arasında keçirilən dünya çempionatının ikinci günü də Azərbaycan millisi üçün uğurlu olub.

“Report” xəbər verir ki, M-1 kateqoriyası üzrə 100 kq çəkidə mübarizə aparan Zaur Paşayev bütün rəqiblərinə qalib gələrək dünya çempionu olub.

Veteran cüdoçumuz həlledici görüşdə Fransa idmançısı Aleksandre Ması məğlub edərək qızıl medal qazanıb. Bu kateqoriyada bürünc medallara ABŞ cüdoçusu Xaliffa Oliveyra və əlcəzairlli Əhməd Kebailli sahib olublar. Veteran cüdoçuların dünya çempionatına noyabrın 21-də yekun vurulacaq.

Beləliklə, Azərbaycanın mundialdakı qızıl medallarının sayı 2-yə yüksəlib. Ötən gün M6 kateqoriyasında 90 kq çəkidə çıxış edən Fərhad Rəcəbli də dünya çempionu olub. Tatami üzərinə çıxan digər cüdoçulardan Arif Qasımov (100 kq) M6 kateqoriyasında 5-ci olduğu halda, Vüsal Cəfərov (90 kq) və İntiqam Ələkbərov (100 kq) M1 kateqoriyasında medalsız qalıb.