» » » "Çelsi" İngiltərə Premyer Liqasında liderliyə yüksəlib

"Çelsi" İngiltərə Premyer Liqasında liderliyə yüksəlib

"Çelsi" İngiltərə Premyer Liqasında liderliyə yüksəlib
Londonun "Çelsi" klubu futbol üzrə İngiltərə Premyer Liqasının XII turu çərçivəsində səfərdə "Midlsbro" üzərində 1:0 hesabı ilə qələbə qazanıb.

“Report” xəbər verir ki, bu qələbə “zadəganlar”ın çempionat cədvəlində birinci pilləyə qalxmasına imkan verib.

Matçda yeganə qolu “londonlular”ın ispan hücumçusu Diyeqo Kosta (41-ci dəqiqə) vurub.

Hazırda "Çelsi"nin hesabında 12 oyuna 28 xal var. “Londonlular” çempionatın ardıcıl altıncı oyununda qələbə qazanıblar. "Midlsbro" 12 oyuna 11 xal ilə 15-ci mövqedə qərarlaşıb.

Növbəti turda "Çelsi" öz meydanında çempionat liderindən 4 xal geri qalan "Tottenhem"i qəbul edəcək.