» » » Kamran Ağayevin klubu son dəqiqədə qol buraxaraq Portuqaliya Kuboku ilə vidalaşıb

Kamran Ağayevin klubu son dəqiqədə qol buraxaraq Portuqaliya Kuboku ilə vidalaşıb

Kamran Ağayevin klubu son dəqiqədə qol buraxaraq Portuqaliya Kuboku ilə vidalaşıb
Futbol üzrə Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayev "Boavişta”nın heyətində (Portuqaliya) növbəti oyununu keçirib.

“Report” xəbər verir ki, 30 yaşlı qolkiper bu dəfə Portuqaliya kubokunun 1/16 finalında "Vitoriya Gimarayeş”lə ev matçında start heyətdə yer alıb.

Gərgin və maraqlı mübarizə şəraitində keçən matç "Boavişta" üçün uğursuz alınıb. Ağayev artıq ilk hissədə penaltidən qapısında top görüb. Meydan sahibləri fasilədən az sonra tarazlığı bərpa etsələr də, uzatma dəqiqələrində ağır zərbə alıb: komanda qırmızı vərəqə səbəbindən futbolçusunu itirib.

Əsas vaxtda qalib müəyyənləşmədiyindən, əlavə 30 dəqiqə təyin olunub. Kamran 110-cı dəqiqədə vaxtı uzatdığına görə sarı vərəqə alıb. Qapıçımız sona 2 dəqiqə qalmış isə bu dəfə cərimə zərbəsindən top buraxıb. O, son saniyələrdə rəqibin vaxt uzatmasına görə hakimə etiraz edib. Bu zaman meydanda futbolçular arasında mübahisə yaranıb və Ağayev meydana girən rəqib futbolçunu itələyib. Son nəticədə "Boaavişta"nın daha bir futbolçusu meydandan qovulub.

Kamran Ağayevin komandası məğlubiyyətdən xilas ola bilməyərək kubokda mübarizəni dayandırıb.

Millimizin digər üzvü Emin Mahmudov da ehtiyat oyunçular skamyasında yer alıb. Adətən Eminin adı matçlarn protokoluna daxil edilmirdi.

23:15. "Boavişta" - "Vitoriya Gimarayeş” - 1:2

Qollar: Andre Şembri, 58 - Tiqunho Soares, 28-pen, Paolo Hurtado, 118

Qırmızı vərəqə: Lukas de Lima, 90+1 ("Boavişta", ikinci sarı), İdris, 120 "(Boşavişta", qırmızı)