» » » Azərbaycanın veteran cüdoçusu dünya üçüncüsü olub

Azərbaycanın veteran cüdoçusu dünya üçüncüsü olub

Azərbaycanın veteran cüdoçusu dünya üçüncüsü olub
ABŞ-ın Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatında Azərbaycan millisi daha bir medal qazanıb. Azərbaycan Cüdo Federasiyasından ucarliyiq.biza verilən məlumata görə, M-4 kateqoriyası üzrə 81 kq çəki dərəcəsində mübarizə aparan cüdoçu Mübariz Cəfərov mundialın bürünc medalına sahib olub.

Dünya çempionatında keçirdiyi 6 görüşdən yalnız birində uduzan Azərbaycan təmsilçisi bürünc medal uğrunda qarşılaşmada Rusiya idmançısına qalib gəlib.

Qeyd edək ki, buna qədər Azərbaycan millisi veteranların çempioanatında 2 qızıl medal qazanıb. Fərhad Rəcəbli və Zaur Paşayev bütün rəqiblərinə qalib gələrək dünya çempionu olublar.