» » » Rusiya və Gürcüstan güləşçiləri arasındakı görüşdə kütləvi dava baş verib - VİDEO

Rusiya və Gürcüstan güləşçiləri arasındakı görüşdə kütləvi dava baş verib - VİDEO

Rusiya və Gürcüstan güləşçiləri arasındakı görüşdə kütləvi dava baş verib - VİDEO
Rumıniyanın paytaxtı Buxarestdə keçirillmiş güləş üzrə Avropa Millətlər Kubokunun Rusiya - Gürcüstan qarşılaşmasında kütləvi dava baş verib. ucarliyiq.bizun məlumatına görə, insident yunan-Roma güləşçiləri arasında 80 kq çəki dərəcəsində İmil Şarafetdinovla Zubar Datunaşvili arasındakı qarşılaşmada yaşanıb.


Görüş boyunca xalça üzərinə daim kənar əşyalar atılıb, sonluqda isə pəhləvanlar bir-birilərinə etirazlar bildiriblər. Bu, Datunaşvilinin rəqibin sifətinə zərbə endirməsi ilə nəticələnib.


Beləliklə, toqquşma hər iki komanda nümayəndələrinin xalçaya çıxaraq, iştirak etdiyi kütləvi davayadək böyüyüb. Hakimlər insidentin səbəbkarlarını diskvalifikasiya ediblər.